AZ

Çində zəlzələ baş verib

Çinin Nepal sərhədində yerləşən Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Çinin cənub-qərbində, Nepal sərhədində yerləşən Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 8,7 min əhalisi olan Nepal şəhəri Lobuçedən 83 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, yanvarın 7-də Çin-Nepal sərhədində 7,1 maqnitudalı zəlzələ baş verib. Nəticədə 126 nəfər həlak olub, 61,5 min nəfər xəsarət alıb.

Seçilən
15
3
operativmedia.az

4Mənbələr