“Qarabağ”ın futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna transferi ilə bağlı rəsmi danışıqlar davam edir.
QOL.az xəbər verir ki, bu barədə Ağdam klubunun yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio de Janeyroya yollanıb.