AZ

Syerra-Leone Respublikasının Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada BioAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığıməktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsustəyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasınəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çoxkədərləndirdi və sarsıtdı.

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsənöz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanlarınailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədardərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün duaedirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Seçilən
13
12
az.trend.az

10Mənbələr