Dortmund "Borussiya"sının futbolçusu Donyell Malen karyerasını "Aston Villa"da davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İngiltərə klubu transfer üçün 23 milyon avro + 3 milyon avro bonus ödəməyə şifahi razılıq əldə edib. Yaxın zamanda hücumçu tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Donyell Malen bu mövsüm "Borussiya"nın heyətində 21 oyuna çıxaraq 5 qol vurub və 1 qolun ötürməsini edib.