Daha əvvəl komandanı tərk etmək arzusunu ifadə edən “Mançester Siti”nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uokerin “Milan”dan nələr tələ etdiyi bəlli olub.
Publika.az xəbər verir ki, Uolker İtaliya nəhəngindən illik 4 milyon avro maaş + bonuslar ilə 2027-ci ilə qədər müqavilə istəyib. Bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, sağ cinah müdafiəçisi Səudiyyə Ərəbistanı klubundan da çox sərfəli təklif alıb.