AZ

Hərbi hospital yandı

Rusiyanın Tula şəhərində hərbi hospitalın binasında yanğın baş verib.

Bu barədə “İnterfaks” təbliğat agentliyi yanvarın 13-də regional hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb. Hadisə yerində Tula vilayətinin Fövqəladə Hallar Nazirliyi işləyir. 57 nəfər təxliyə olunub. Çağırışçılara tibbi yardım göstərilib”, – məlumatda deyilir.

Agentliyin məlumatına görə, ölən və xəsarət alan yoxdur. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində nasazlıq olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr