AZ

Gəncə sakininin müavinəti 3 ilə yaxındır ki, bərpa edilmir ŞİKAYƏT/VİDEO

Gəncə şəhər sakini olan Ceyhunə Qəhrəmanovanın əlilliklə bağlı müavinəti 3 ilə yaxındır ki, kəsilib. Tənha yaşayan və sağlamlıq vəziyyəti qənaətbəxş olmayan qadın qohumlarının köməyi ilə müavinətini bərpa etməyə cəhd etsə də, buna nail olmayıb. Bəs buna səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, Ceyhunə Qəhrəmanova uzun illər Qazaxda yerləşən psixiatriya xəstəxanalarında müalicə olunub. Üstəlik, epilepsiyadan da əziyyət çəkir.

Ancaq xəstəliklərinə görə aldığı əlillik müavinət 3 il əvvəl dayandırılıb. Bu isə həm sağlamlıq, həm də maddi durumu ağır olan 43 yaşlı Gəncə sakininin vəziyyətini bir qədər də çətinləşdirib.

Ceyhunə Qəhrəmanovanın bir çox işlərində ona kömək edən tək yaxını olan xalası deyir ki, onun xəstəliyi uşaq yaşlarından olub. Müalicə üçün də bir çox müəssilərə müraciət olunub. Ancaq nəticə ürəkaçan olmayıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov məsələ ilə bağlı bildirib ki, Qəhrəmanova Ceyhunə Cümşüd qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
12
xezerxeber.az

1Mənbələr