Venesuela prezidenti Nikolas Maduro Puerto-Rikonu işğal etmək və onu ABŞ-dan “azad etmək” niyyətini açıqlayıb. O, bunu yanvarın 11-də Beynəlxalq Antifaşist Festivalının bağlanışında deyib.
Editor.az bildirir ki, bu barədə “El Universal” yazıb. “Onların şimalda müstəmləkəçilik proqramı olduğu kimi, bizim də qurtuluş proqramımız var və bu proqramı bizim üçün Simon Bolivar yazıb. Puerto-Rikonun azadlığı gəlir və biz buna nail olacağıq” – o, deyib. Maduronun sözlərinə görə, buna Braziliya hərbçiləri cəlb oluna bilər. O, Abreu- y – Lima-nın batalyonunun “Puerto Rikonu azad edəcəyini” bəyan etdib.
Nəşr göstərir ki, Maduro simvolik mənada 19-cu əsrdə Venesuelanın azad edilməsi uğrunda əsas döyüşlərdə iştirak etmiş braziliyalı general Xose İqnasio Abreu –y- Limanın komandanlığı altında olan batalyonu nəzərdə tutur.
//Samir Qurbanov,Editor.az