Paytaxtın Keşlə qəsəbəsində kanalizasiya borusu qırılıb.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər iy-qoxudan beziblər. Hər gün təmizləsələr də, evlərində su kranı açılan kimi çirkli su ortaya axır.
Vətəndaşlar iddia edirlər ki, aidiyyəti qurum da edilən müraciətlərə biganə yanaşır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirdilər ki, ötən gün qeyd olunan ünvana kanalizasiya tutulması səbəbilə müvafiq rayon sukanal idarəsi tərəfindən baxış keçirilən zaman məlum edilib ki, tullantı su xəttinin bir hissəsində qəza baş verib, borunun müəyyən hissəsi sıradan çıxıb. Xəttin qəzalı hissəsinin yenisi ilə əvəz edilməsi istiqamətində qaydalara uyğun təbdirlər görülüb, lazımi avadanlıqlarla təchizat həyata keçirilərək şəbəkənin bərpasına başlanılacaq.
Qurumdan o da qeyd olunub ki, ünvandakı tullantı su xətləri əhali tərəfindən pərakəndə üsulla çəkilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.