AZ

Rektorun bankı dövlət qurumunu və yerli şirkəti məhkəməyə verdi

"Muğanbank" ASC Əmanətlərin Sığortalanması Fondunu və "Aral Biznes Group" şirkətini məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, tərəflər arasında kredit müqaviləsinə dair mübahisə yaranıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 13-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçiriləcək.

"Muğanbank" ASC keçmiş deputat, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin bankı kimi tanınır.

Hüseyn

Seçilən
9
valyuta.az

1Mənbələr