"Arsenal"ın futbolçusu Kay Havertsin həyat yoldaşı sosial şəbəkələrdə ərinə nifrət edənlərin onu hədələdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bir gün əvvəl “Arsenal” “Mançester Yunayted”ə penaltilər seriyasında uduzaraq, İngiltərə Kubokunu tərk edib.
Penaltini dəqiq yerinə yetirə bilməyən yalnız Haverts olub ki, MY-nin türk qapıçısı Altay Bayındır onun sevinməsinə imkan verməyib.
Bundan sonra alman futbolçunun ailəsinə hədə dolu mesajlar gəlməyə başlayıb. Bir istifadəçi Havertsin həyat yoldaşına belə yazıb: “Mən sənin evinə gəlib uşağını öldürəcəyəm. Mən zarafat etmirəm”.
Havertz bu mövsüm "Arsenal"ın heyətində Premyer Liqada 17 oyun keçirib və 7 qol vurub.
Mirağa