AZ

"Express Bank" işçilər axtarır - VAKANSİYALAR

Express Bank

Reklam və Marketinq şöbəsi/müdir

Son tarix 13 fev 2025 - Müraciət et

Təsvir

  • Bankın Reklam, PR və Brend siyasətinin prinsiplərinə uyğun olaraq işin qurulması;
  • Marketinq strategiyasının planlaşdırılması və icrasına nəzarət edilməsi;
  • Marketinq şöbəsinin illik büdcəsinin hazırlanması və idarə edilməsi;
  • Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlilin aparılması;
  • Reklam işinin operativ, ardıcıl və effektiv təşkili üçün media planın hazırlanmasında iştirak;
  • Yeni məhsulların və xidmətlərin tətbiqi prosesində yaxından iştirak edərək, onlarla bağlı reklam kampaniyalarının həyata keçirilməsi;
  • Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqələrin qurulması;
  • Reklam büdcəsinin işlənib hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi;
  • Cari və potensial müştərilər haqqında məlumatların toplanması, araşdırılması və təhlilinin aparılmasının təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi (idarəçilik təcrübəsi olanlara üstünlük verilir);
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Yaradıcı, innovativ və strateji düşünmə bacarığı;
  • Liderlik bacarıqları.

Vakansiya haqqında

  • Son tarix fevral 27, 2025
  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Direktor
  • Təhsil Bakalavr

 

Biznes Bankçılıq Departamenti/Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi

 Son tarix 13 fev 2025 Müraciət et

Təsvir

  • Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi;
  • Təqdimat formalarının, memorandumlarının hazırlanması;
  • Mövcud bazar risklərinin aydınlaşdırılması;
  • Yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
  • Müvafiq hesabatların hazırlanması.

Tələblər

  • Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;               
  • Riyazi və analitik düşünmə;
  • Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
  • Ofis proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Təqdimat bacarığı;  

Əlavə tələblər

  • ACCA F3, F7 və s. sertifikatlarının olması, ofis proqramlarında yüksək bilik və bacarıqların olması arzu olunanadır. 
  • Mikro və ya KOB(Biznes) kreditlərində satış təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

 

Risklərin İdarə Edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

 Son tarix 13 fev 2025 Müraciət et

Təsvir

  • Biznes və mikro kreditlərin planlı və növbədənkənar monitorinqinin keçirilməsində iştirak edir;
  • Səlahiyyətli şəxs/orqan tərəfindən təsdiq edilmiş monitorinq planlarının icrasını təmin edir;
  • Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirir;
  • Şöbə müdirinin tapşırığına əsasən əsasnaməyə və bankdaxili normativ sənədlərə uyğun vəzifələri yerinə yeritir.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Analoji sahədə 1 ilə qədər iş təcrübəsi;
  • Microsoft Office üzrə biliklər;
  • Analitik düşüncə və təhlil etmə bacarığı;
  • Ünsiyyətqurma qabiliyyəti;
  • Beynəlxalq sertifikatların ACCA (F3) olması üstünlükdür.

Vakansiya haqqında

  • Son tarix fevral 5, 2025
  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1 ilədək
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

 

 

Seçilən
8
1
fed.az

2Mənbələr