Vətəndaş Firuz Qurbanov Azparkinq MMC-dən şikayətçidir. AzPost xəbər verir ki, o avtomobilini fiziki qüsurlu şəxslər üçün ayrılmış yerdən 5 metr kənarda saxlasa da cərimə olunduğunu idda edir.
Vətəndaş bildirir ki, avtomobili düz park edib, lakin Azparkinq MMC-nin əməkdaşı ona yalnış cərimə tətbiq edib. Firuz Qurbanov cərimənin ləğv edilməsini istəyir.