Ermənistanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Hasmik Tolmacyan eyni vaxtda İsveçrəyə səfir təyin edilib.
Müvafiq sərəncamı prezident Vaaqn Xaçaturyan imzalayıb. Bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.
2024-cü il oktyabrın sonunda Tolmacyan Fransadakı səfir vəzifəsindən azad edilərək Cenevrəyə göndərilib.
Mənbə: unikal.az