Bronxial astma diaqnozu stasionar müayinədən sonra təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Bronxial astma diaqnozu ixtisaslaşdırılmış müalicə müəssisəsində təyin edildikdən sonra ambulator qaydada şəhadətləndirilə bilər. “a” bəndinə xəstənin təkrar stasionar müalicəsini tələb edən, hormonal asılılıqlı, II–III dərəcəli ağciyər və ağciyər-ürək çatışmaz-lığı ilə müşayiət olunan, ağır və tez-tez baş verən boğulma tutmaları ilə təzahür edən (hər həftə, çox vaxt astmatik hal), nəfəsvermənin zirvə sürətinin (NMS) (PEF beynəlxalq akronim), yaxud sürətləndirilmiş nəfəsvermə həcminin (GNH1)(FEF beynəlxalq akronim) birinci saniyə ərzində normal göstəricilərin 20%-dən çox gündəlik dəyişmələri və tutmalararası dövrdə NMS-nin, yaxud GNH1-nin normal göstəricilərin 60%-dən az olması ilə xarakterizə olunan bronxial astma aiddir.