"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan hemodializ cihazları alır.
Pravda.az-ın xəbərinə görə, Mərkəz "Azfar Med" QSC ilə müqavilə bağlayaraq 3 112 427 AZN köçürməyi planlaşdırır.
Buraya 91 ədəd hemodializ avadanlığı daxildir.
Cabir Həsənov
Tarix: 14 Yanvar 2025, 08:41