AZ

Dini icma üzvünə qarşı terror aktı planlaşdırmış şəxslər həbs olundu

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyətgöstərən dini icmalardan birinin üzvünə qarşı terror aktıplanlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu vəAzərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlusaxlanılıblar.

Trend-inxəbərinə görə, məlum olub ki, narkotik vasitələrin qaçaqmalçılığıilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncüölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusixidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslərAzərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanovagöstərib barəsində məlumat verərək, 200.000 ABŞ dolları müqabilindəona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasındaAqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zərurikəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb,bunun üçün isə 2.000 ABŞ dolları məbləğində avans təqdimedilib.

Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanovmaddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyiCeyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatlarıntoplanılması istiqamətində işlər görüblər, onun yaşayış və işyerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqivasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinəgöndəriblər.

Faktla əlaqədar DTX-də Azərbaycan Respublikası CinayətMəcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqıaparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhunİsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
23
32
az.trend.az

10Mənbələr