ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları yanğınlar səbəbilə təxliyə aparılan zonalarda ən azı 68 nəfəri saxlayıblar. Bu barədə ABC News telekanalı polis məlumatlarına istinadən xəbər verib.Məlumata görə, Los-Anceles bölgəsində 29, Santa-Monika bölgəsində isə 39 nəfər saxlanılıb. Onlardan 10 nəfərin oğurluq və qapı sındırma kimi cinayətlərdə şübhəli bilindiyi bildirilir. Polis əlavə edib ki, saxlanılanların heç biri həmin ərazilərdə yaşamayıb.Daha əvvəl The Wall Street Journal qəzeti, yanğınlardan təsirlənən bölgələrdə artan talançılıq halları fonunda ABŞ hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirmişdi.Səidə Mustafa
Diqqət Çəkənlər
Peskov: Putin və Trump arasında görüşə dair "konkret hazırlıq" işləri aparılmır
Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır
Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib