Keçən il iyul ayının 29-da uçmuş Əlik çayı üzərindəki körpüdə işlər sürətlə davam edir. Artıq körpünün dayaq hissəsinə və istinad divarlarına beton tökülməsi işləri gedir. Bu proses də yekunlaşmaq üzrədir.
Bu barədə Bizim.Media-ya Qubadakı 5 saylı Yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib.
Onun sözlərinə görə bu ərazidə yaşayan sakinlər hər gün bura baş çəkir, işin nə vaxt yekunlaşacağını soruşurlar.
Qeyd edək ki, Xınalıq yolunun 42-ci km-də uçan körpünün yenilənməsini "Körpü Bina" MMC-nin əməkdaşları aparır. Yol inşaatçıları hava şəraitindən və relyefdən asılı olaraq körpüdə işləri maksimum sürətlə davam etdirirlər.
Xatırladaq ki, Əlik körpüsü 2006-cı ildə inşa edilib və uzunluğu 11,5 metrdir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta