AZ

Küçə itlərinə qarşı dəhşətli hərəkət - FİFA-ya müraciət edildi

Futbol turnirinə görə üç milyona yaxın itin öldürülməsinin planlaşdırıldığı məlum olub. 

News24.az xəbər verir ki, iddialara görə, 2030-cu ilə qədər Mərakeşdə bütün küçə itləri öldürüləcək. Qeyd edilir ki, qeyri-insani hərəkətlər artıq başlayıb. İtlərin zəhərləndiyi, güllələndiyi və ya yük maşınlarına yığılaraq vəhşicəsinə öldürüldüyü bildirilir.

Heyvan hüquqları müdafiəçiləri sahibsiz itlərin sayına nəzarət etmək üçün daha humanist və effektiv üsulların olduğunu deyirlər. Ancaq iddialara görə, itlər zəhərlənmiş yemlə və ya birbaşa bədənlərinə vurulan strikninlə öldürülür. Silahlı zabitlər sutkanın 24 saatı küçələrdə patrul edir, itləri güllələyir və tez-tez onları yaralı və əzab içində qoyurlar. Bəzi itlər tələyə tutulur, yük maşınlarında obyektlərə aparılır və qeyri-insani üsullarla öldürülür.

Tanınmış heyvan hüquqları müdafiəçisi Ceyn Qudall 2030-cu il dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Mərakeşdə üç milyon sahibsiz itin öldürüləcəyi ilə bağlı iddialardan sonra FİFA-ya sərt müraciət edib.

Qudal FİFA-nın Mərakeşdə küçə itlərinin vəhşicəsinə qətlə yetirilməsinə "göz yummaqda" günahlandırıb.

2030-cu ilin Dünya Çempionatı İspaniya, Mərakeş və Portuqaliya ev sahibliyi edəcək. FIFA Mərakeş sahibsiz itlərə münasibətini dəyişməzsə və bu məsələ ictimailəşərsə, onların ev sahiblərinin əlindən alınması da daxil olmaqla, sanksiyalar tətbiq edəcəyini açıqlayıb.


Seçilən
4
news24.az

1Mənbələr