Bakıxanov qəsəbəsində keçirilən qəbula gələnləri dinləyən Millət vəkili, onların narahat olduqları məsələlərlə yaxından tanış olub.
Vətəndaşların səsləndirdiyi müraciətlər başlıca olaraq, məşğulluq, sosial müdafiə, məhkəmə qərarlarının icrası, səhiyyə, vergi borcları, bank-kredit, əfv və digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin Millət vəkilinin yetkilərinə aid olan hissəsi operativ qaydada həll edilib; bəzi məsələlərlə bağlı zəruri izahatlar verilib; qanunvericiliyə uyğun olan digər müraciətlərlə bağlı isə yerli və mərkəzi icra hakimiyyəti orqanlarına aidiyyatı üzrə müraciət ediləcəyi qəbul iştirakçılarının diqqətinə çatdırlıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31