AZ

"TikTok Elon Maska satılacaq" iddiası ilə bağlı açıqlama

TikTok, ABŞ əməliyyatlarının İlon Maska satılmasına icazə verməyi nəzərdən keçirdiyi barədə xəbəri təkzib edərək, bunu "tam uydurma" adlandırıb.

Şirkətdən açıqlama, Bloomberg-in, "Çin rəsmilərinin ABŞ Ali Məhkəməsinin qadağa qoyması halında TikTok-un Amerika biznesinin dünyanın ən zəngin adamına satılması variantı nəzərdən keçirdiyi barədə" xəbərə cavab olaraq verilib.

Ali Məhkəmə hakimləri TikTok-a ABŞ-dakı əməliyyatlarını satmaq üçün yanvarın 19-dək vaxt verən qanunla bağlı qərar verəcək, əks halda ölkədə qadağa qoyulacaq.

TikTok dəfələrlə ABŞ-dakı əməliyyatlarını satmayacağını bildirib.

Seçilən
7
1
marja.az

2Mənbələr