Hazırda Donetskdə ən böyük kömür müəssisəsinin yaxınlığında döyüşlər başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinə istinadla TASS xəbər agentliyi məlumat yayıb.
“Pokrovskoye şaxta idarəsi döyüşlərin başladığı Udaçnoye kəndinin yaxınlığında yerləşir”, - deyə, mənbə bildirib.
Bildirilir ki, bir qrup ukraynalı döyüşçü müəssisənin əsas ventilyasiya şaxtasının ərazisində yerləşib. Orada Ukrayna Silahlı Qüvvələrinin müdafiə strukturları da tikilib.