AZ

Tramp dönəmində dollar möhkəmlənəcək

Bloomberg: Trampın siyasəti 2025-ci ildə dolların 5% möhkəmlənməsinə səbəb olacaq...

Polqion xəbər verir ki, bu barədə Bloomberg Agentiyi əsas Wall Street banklarının analitiklərinin hesabatına istinadən məlumat yayıb. Nəşr yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasəti fonunda dolların məzənnəsi əsas dünya valyutaları qarşısında möhkəmlənməyə davam edəcək.

Goldman Sachs Group Inc., TD Securities və Deutsche Bank-ın valyuta analitikləri ABŞ-nin güclü iqtisadiyyatını, Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin aşağı salınmasına daha balanslı yanaşmaya keçməsi barədə siqnallarını və dolların möhkəmlənməsinin əsas səbəbi kimi Trampın idxal olunan məhsullara sərt tariflər tətbiq etməyi planlaşdırması ilə əlaqələndiriblər.

Qeyd edək ki, bir gün əvvəl “Financial Times” qəzeti ABŞ dollarının məzənnəsinin əsas dünya valyutaları qarşısında son iki ilin ən yüksək həddinə çatdığını dollar indeksinin (DXY) 2022-ci il noyabrın 10-dan bəri ilk dəfə olaraq 110 bəndi keçdiyini yazıb.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr