AZ

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

2024-cü il aprelin 15-də elan edilmiş 26-cı müsabiqə üzrəprokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gəncəməkdaşların cari il yanvarın 14-də Azərbaycan Respublikasının BaşProkurorluğunda andiçmə mərasimi keçirilib.

Trend xəbərverir ki, qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk öncə Fəxrixiyabana gəlib müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızınÜmummilli lideri Heydər Əliyevin xatirəsini yad edərək, məzarıönünə əklil qoyublar.

Daha sonra gənc mütəxəssislər Şəhidlər xiyabanına gələrəkölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarını fədaetmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi xalqımızın Uluöndəri Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstüönünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramlayad ediblər.

Həmçinin, mərasimin əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrundacanlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilmiş, qazilərə şəfa dilənib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, başavurduğumuz 2024-cü il Azərbaycan xalqı və dövlətimiz üçün mühümhadisələrlə zəngin, yadda qalan bir il olub. Bu hadisələrinəksəriyyəti ölkəmiz üçün uğurlu hesab edilə biləcək qəbildən olsada, 25 dekabr 2024-cü il tarixində yaşanan təyyarə qəzası ilə bağlıbaş vermiş faciə hamımızın qəlbində dərin izlər buraxdı. Bu qəzadahəyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyənBaş prokuror xəsarət alan şəxslərə tezliklə şəfa tapmalarını arzuedib.

Qeyd edilib ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfərsəlnaməsinin memarı, Ümummilli lider Heydər Əliyevin əsasınıqoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindənuğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmizərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yenimərhələsinə qədəm qoyub.

Bildirilib ki, Azərbaycanın əzəli torpaqlarının işğaldan azadolunması ilə nəticələnən 44 günlük haqq savaşında qazanılanmöhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini,ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütündünyaya nümayiş etdirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraqAzərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ötən ilin07 fevral tarixində növbədənkənar Azərbaycan RespublikasıPrezidenti seçkiləri, 01 sentyabr tarixində isə AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərkeçirilib.

Uğurla keçirilmiş növbədənkənar Azərbaycan RespublikasıPrezidenti seçkilərində Prezident İlham Əliyev mütləq səs çoxluğuilə (92,12%) Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü ildə digər nailiyyətimiz isə Prezident İlham Əliyevinhərb meydanındakı qələbəsindən sonra diplomatik sahədə davametdirilən uğurları olub. Azərbaycanın hərbi qüdrətinin şahidi olmuşErmənistan siyasi rəhbərliyi, ölkəmizin, onun rəhbərinin diplomatiksahədə də mühüm söz və mövqe sahibi olmasını birmənalı olaraq qəbuletmiş və bunun nəticəsində 30 ildən artıq işğal altında olan Qazaxrayonunun 4 kəndinin Azərbaycan Respublikasına qeyd-şərtsizqaytarılması təmin edilib.

Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərdəAzərbaycanın yalnız öz gücü, maliyyə vəsaitləri hesabına görülənbütün bu işlər, heç bir dövlətdən, beynəlxalq təşkilatdan yardımalmadan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpaedilməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

Həmçinin, diqqətə çatdırılıb ki, ötən ilin 27 sentyabr - 02oktyabr tarixlərində paytaxt Bakı şəhərində AzərbaycanRespublikasının Prokurorluğu tərəfindən ümumilikdə 500-dən artıqşəxsin iştirakı ilə 170-dən çox dövlətin üzv olduğu BeynəlxalqProkurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası,29-cu İllik Konfransı və Ümumi Yığıncağı yüksək peşəkarlıqlatəşkili olunmaqla keçirilib.

Bakıda keçirilən COP29 çərçivəsində noyabr ayının 15-dəAzərbaycan Respublikasının Baş Prokurorluğu, BMT-nin Narkotiklər vəCinayətkarlıq üzrə İdarəsi və Birləşmiş Ərəb Əmirliklərinin Daxiliİşlər Nazirliyinin həmsədrliyi ilə COP29 Sədrliyinintəşəbbüslərindən biri olan “İqlim dəyişikliyi ilə mübarizədə hüquqmühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda plenar iclaskeçirilib.

Bundan başqa, qeyd olunub ki, 2024-cü ildə AzərbaycanRespublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal,soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibəcinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi vədigər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlıAzərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsindəümumilikdə 2548 epizod üzrə ittham olunan Ruben Vardanyan, QukasyanArkadi Arşaviri, Harutyunyan Arayik Vladimiri, Sahakyan Bako Sahakivə qeyriləri olmaqla, 16 nəfər barəsində istintaq olunmuş cinayətişləri yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı HərbiMəhkəməsinə göndərilib.

Xüsusi ilə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin4 may 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi ŞəhərProkurorluğunun yaradılması, tabe qurumların infrastrukturununyaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində ötən ilPrezidentin Sərəncamına əsasən ilk dəfə olaraq yaradılmış həminprokurorluğun, eyni zamanda Şuşa, Xocalı və Xocavənd, habelə Şəkirayon və Bakı şəhəri Nərimanov rayon prokurorluqlarının yeniinzibati binalarının açılışı, digər rayon prokurorluqları üçünmüasir iş şəraitinin qurulması prokurorluq orqanlarına göstərilənyüksək diqqət və qayğının təcəssümüdür.

Qeyd olunub ki, bu gün burada qulluğa qəbul olmuş gənclərdən 2-iVətən müharibəsinin iştirakçısı olmaqla, artıq prokurorluqorqanlarında şərəfli xidmətlərini davam etdirəcəklər.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsinin başaçatmasından sonra keçirilmiş 5 müsabiqənin nəticələri üzrəmüvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısıprokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmişmüsabiqə üzrə uğur qazanıb.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclərsiyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davametdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla,gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə,ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosialtəbəqəyə çevrilməsini təmin edib.

Bu istiqamətdə Azərbaycan Respublikasının BirinciVitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilənDövlət Proqramları və digər çoxsaylı tədbirlər gənclərin təhsil,ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynamış,paytaxt və rayonlarda gənclərin asudə vaxtlarının səmərəli təşkiliməqsədilə qabaqcıl infrastrukturun yaradılması gəncliyin uğurlugələcəyinə hesablanıb.

“Əminliklə deyə bilərik ki, müstəqil dövlətimizdə vətənpərvər,milli-mənəvi dəyərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bugün şəffaf və ədalətli prosedurlar əsasında müsabiqə yolu iləprokurorluq orqanlarında işləmək hüququ əldə etmiş gənclərinqazandığı uğurlar məhz Ulu öndər Heydər Əliyev tərəfindən əsasıqoyulub və Prezident İlham Əliyevin rəhbərliyi altındareallaşdırılan dövlət gənclər siyasəti nəticəsində mümkünolub”.

Qeyd olunmuşdur ki, həmin Əsasnaməyə uyğun olaraq BaşProkurorluq tərəfindən növbəti dəfə 15 aprel 2024-cü il tarixdəelan edilmiş 26-cı müsabiqənin nəticələri üzrə namizədlərin yüksəknəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə,sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqdaişləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, ocümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluqorqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, 56gənc hüquqşünas qulluğa qəbul edilib.

Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərinvəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə müvafiq əmrelan edilmiş, işə qəbul olunanlar təntənəli surətdə and içmiş vəonlara xidməti vəsiqələr Baş prokuror Kamran Əliyev tərəfindəntəqdim olunub.

Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən ÜlviyyəNuriyeva və Qabil Əlizadə çıxış edərək, gənc mütəxəssislərəgöstərilən dövlət qayğısına görə ölkə başısına özminnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadıdoğruldacaqlarına söz veriblər.

Tədbir iştirakçıları adından Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbulolunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluqişçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadəedib.

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkliçəkdirilib.

Prokurorluq
Prokurorluq
Prokurorluq
Prokurorluq
Seçilən
6
az.trend.az

1Mənbələr