AZ

Ölkəniqrip basıb, məsul şəxslər isə özünü reklamla məşğuldurlar- ÖZƏL

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatına, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsinə, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiə edilməsinə nəzarət edir.  Əslində heç də belə deyildir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirli deyib: "Bütün şəbəkələrdə paylaşılan xəbərlərə qida təhlükəzliyi idarəsi reaksiya verməli və təcili tədbir görməli olduqları halda, nəinki zay məhsulların, neqativ halların qarşısını alır, heç səsini belə çıxarmır. Son həftələrdə hər kəsin yayımladığı ziyanlı qidalar barədə geniş məlumatlar verildiyi halda, hələ də qidaların monitorinqi,  onun mağazalardan yığışılması və tədarük edənlər baradə açıqlama belə verilmir. Nədir bunların məqsədləri, nə istəyirlər? 
 Ölkəni  qrip basıb. Yeni  il başlamamış özündən qabaq ölkə böyu xəstəliklər yayılmağa başlayıb. Ölkəmizdə bununla bağlı tədbirlər görülmək əvəzinə ancaq və ancaq məsul şəxslər özünü reklamla məşğul olmaqdadırlar. Düşünüləsi, görüləsi çox işlərimiz var. Məsul işçilərimiz düşünsünlər, baş verənlərlə bağlı qəti qərarların verilməsinin vaxtı çatmadımı?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr