ABŞ Prezidenti Co Bayden, son xarici siyasət nitqində özünü və administrasiyasını, onların rəhbərliyi altında ölkənin qlobal liderlik uğrunda mübarizədə mövqelərini gücləndirdiyi üçün tərifləyib. O, həmçinin qeyd edib ki, bu müddət ərzində ABŞ hərbi əməliyyatlara cəlb olunmaqdan qaçıb."Bizim milli gücümüzün mənbələri dörd il əvvəl hakimiyyətə gəldiyimizdən daha güclüdür. Bizim alyanslarımız daha möhkəmdir, rəqiblərimiz və düşmənlərimiz zəifləyib, Amerika isə heç vaxt olmadığı qədər güclüdür," – deyə siyasətçi vurğulayıb.Bayden həmçinin ABŞ-ın əldə etdiyi nailiyyətləri sadalayıb. Bunlar arasında diplomatiya, hərbi güc, texnologiyalar və iqtisadiyyat ön plana çıxıb. Amerikanın lideri əlavə edib ki, Vaşinqtonun alyanslarının sayı artıb.Səidə Mustafa
Diqqət Çəkənlər
Peskov: Putin və Trump arasında görüşə dair "konkret hazırlıq" işləri aparılmır
Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib