Rusiyada Saratov hava limanının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər götürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Telegram-da "Rosaviasiya"nın nümayəndəsi bildirib.
“Moskva vaxtı ilə saat 10:30-da Saratov hava limanında (Qaqarin) təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər götürülüb”, - deyə, məlumatda deyilir.
Bundan əvvəl Kaluqa, Kazan, Saratov və Tambov hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyi barədə məlumat daxil olub.