AZ

Bu Aİ ölkələrindən Suriya ilə bağlı təəccüblü qərar: dərhal ləğv edilməlidir!

Müxalifətin Əsəd rejimini devirməsindən sonra Avropa liderləri Suriya ilə bağlı siyasətlərini yenidən nəzərdən keçirməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Məlumata görə, Avropa İttifaqı üzvləri Almaniya, Fransa, Niderland, İspaniya, Finlandiya və Danimarka nəqliyyat, enerji və bank sahəsində Suriyaya tətbiq edilən sanksiyaların ləğvinə çağırıb. Bildirilib ki, Aİ dərhal sanksiyalar rejimini tənzimləməyə başlamalıdır.

Həmçinin xəbərdarlıq edilib ki, Suriya insan haqları və azlıqlara hörmətlə bağlı Aİ-nin gözləntilərini yerinə yetirməsə, qalan sanksiyalar ləğv edilməyəcək və dayandırılmış sanksiyalar yenidən tətbiq olunacaq.

Eyni zamanda BMT və ABŞ-ın terror təşkilatları siyahısında yer alan Heyət Təhrir əş-Şama (HTŞ) qarşı sanksiyaların götürülməsinin BMT-də və yaxın tərəfdaşlarla birlikdə qiymətləndiriləcəyi bildirilib.

Seçilən
8
publika.az

1Mənbələr