AZ

Rusiyaya kütləvi PUA hücumu edildi

Ukrayna Silahlı Qüvvələri Tatarıstanın Almetyevsk şəhərində yerləşən Kaleikino neft nasos stansiyasına pilotsuz uçuş aparatları vasitəsilə hücum etməyə cəhd göstərib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

“Telegram” kanalı hücumun hədəfinin məhz “Казаньоргсинтез” zavodu ola biləcəyini yazıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın 12 bölgəsinə kütləvi hücum həyata keçirib. 

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus yüzdən çox pilotsuz uçuş aparatın vurub.

Lakin “SHOT” “Telegram” kanalı təxminən 2 yüz pilotsuz uçan aparatın olduğunu bildirib.

Qeyd olunur ki, Rusiya regionlarına pilotsuz uçan aparatların hücumları 2022-ci ildə Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda başlayıb. 

Seçilən
13
cebheinfo.az

1Mənbələr