AZ

KİV: Üç girovun azad edilməsi İsrail və HƏMAS arasında atəşkəsin ilk addımıdır

HƏMAS ilə İsrail arasında razılaşmanın şərtləri razılaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatlı Fələstin rəsmisi BBC-yə bildirib.

İsrailli mənbə öz növbəsində “Reuters” agentliyinə yekun razılaşmaya günlər və hətta saatlar qaldığını bildirib. Hər iki tərəf razılaşmanın həyata keçirilməsi üçün eyni "yol xəritəsi"ni təsvir edir.

İddia olunur ki, razılaşma əldə edildikdən dərhal sonra HƏMAS üç girovu azad edəcək. Bundan sonra İsrail Qəzza zolağının yaşayış məntəqələrindən qoşunlarını çıxarmağa başlayacaq və hər iki tərəf də bunu təsdiqləyir.

Yeddi gündən sonra HƏMAS daha dörd girovu azad edəcək. İsrail isə Qəzza zolağının cənubundan şimalına yalnız piyada və sahil boyu gedən yol ilə köçkünlərin qayıtmasına icazə verəcək.

Minik avtomobilləri, yük maşınları və s. Salah əd-Din magistralını yalnız Qətər və Misir texniklərindən ibarət qrupun həyata keçirəcəyi yoxlamadan sonra keçə biləcəklər.

İsrail, həmçinin 1000 fələstinli məhbusu azad etməyə razılaşacaq. HƏMAS 34 girovu azad edəcək.

Təklif olunan razılaşma layihəsinin şərtlərinə görə, İsrail qoşunları Filadelfiya dəhlizində qalacaq və 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi ərzində Qəzza zolağının şərq və şimal sərhədləri boyunca 800 metr uzunluğunda bufer zonasını qoruyacaq.

İkinci və üçüncü mərhələlər üzrə danışıqlar atəşkəsin 16-cı günündə başlayacaq.

Seçilən
1
39
report.az

10Mənbələr