"Çelsi"nin yarımmüdafiəçisi Kristofer Nkunku karyerasını yenidən Almaniyada davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə görə görə, "Bayern" 27 yaşlı fransalını heyətinə qatmaqda iddialıdır. Münhen klubu ulduz futbolçunun transferi üçün danışıqlar aparır.
Bu mövsüm Nkunku 28 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.