AZ

İcma Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb

Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radio kanalında Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu verilişi ilə bağlı bəyanat yayıb.

İcmadanverilən məlumata görə, bəyanat mətnində deyilir ki, Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb.

"Materialın əsas süjeti bədnam azərbaycanafob Tessa Hofmanla müsahibə əsasında qurulub. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilmiş və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilib. Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, eyni şəkildə, 1987-91-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsinin üzərində sükutla keçilir:

Seçilən
16
19
aznews.az

10Mənbələr