Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar Cümə günü Kremldə baş tutacaq
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, İran prezidentinin Moskvaya gözlənilən səfərinin çox mühüm tərkib hissəsi iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması olacaq.
“Bu, bizim üçün çox mühüm hadisədir, biz buna böyük əhəmiyyət veririk”, - deyən Peskov əlavə edib.
Telegram kanalımız