Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində erməni rəssamların əsərlərinin sərgisi keçirilir.
Kult.az xəbər verir ki, bu barədə əyalətin rəsmisi Hadi Səidifər məlumat yayıb.
O, yanvarın 17-ə kimi davam edəcək sərgidə İranda yaşayan erməni sənətkarların 38 əsərinin nümayiş etdirildiyini bildirib.
“Sərgidə nümayiş etdirilən əsərlər əsasən təbiət və kilsələrın təsviridir”, - Səidifər deyib.