AZ

Ermənistanın ədliyyə naziri: "Konstitusiya dəyişdirilməlidir"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni konstitusiyanın qəbul edilməsinin zəruri olduğunu bəyan edib.

Qalyan yanvarın 14-də keçirilmiş mətbuat konfransında deyib: "Mənim dəfələrlə bəyan elədiyim kimi, qarşımızdakı vəzifə seçkilərə qədər yeni konstitusiya mətnini hazırlamaqdır, bizim işlərimiz bu istiqamətdə aparılmalıdır". Onun sözlərinə görə, yeni konstitusiya məsələsi "məxməri inqilabdan" dərhal sonra qaldırılıb, hətta konsepsiya da yaradılıb, lakin işlər məntiqi nəticəyə aparmayıb.

Qalyan deyib: "Mən bir yeni nazir olaraq, fikirləşirəm ki, yeni konstitusiya layihəsini hazırlamaq lazımdır. Xalq onu təqdir edə və ya etməyə bilər. İndiki konstitusiya isə sosial əhəmiyyətli məsələləri həll edə bilmir. Sülh prosesi ilə əlaqədar konstitusiyaya dəyişikliklərinə zərurət yoxdur, bu məsələ bağlanıb və bununla əlaqədar söhbət ola bilməz".

Bununla yanaşı, nazir yeni konstitusiyada "Müstəqillik bəyannaməsinə istinadın qalıb-qalmayacağı barəsində suala cavab verməyib. İzah edib ki, mətn üzərində işçi qrup çalışacaq, iş tezliklə başlanacaq, komissiya onun fəaliyyətini bərpa edəndə görülən işlər işıqlandırılacaq. Nazir son qərarı xalqın verəcəyini bir daha təkrar edib.

Söhbət Ermənistan Konstitusiyasından gedir. Ermənistanın əsas qanununda bildirilir ki, ölkə Konstitusiyası "Ermənistan SSR-in Ali Şurası ilə (qondarma - red.) Dağlıq Qarabağın Milli Şuasının 1 dekabr 1989-cu il tarixli, "Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşməsi barəsində" birgə Qərarına əsaslanır".

Bu müddəa Azərbaycanın ərazi bütövlüyünə aşkar iddiadır və rəsmi Bakı həmin müddəanın Ermənistan qanunvericiliyindən çıxarılmasını tələb edir. Hesab edir ki, məhz bu addım Ermənistanın regionda sabit sülh istəməsinin real isbatı ola bilər.

Hürr Tərcüman

Seçilən
9
hurriyyet.az

1Mənbələr