AZ

Xarəzmşahlar dövləti

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

III Yazı

Əlaəddin II Məhəmməd

Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin II Məhəmmədin hakimiyyət dövrü(1200-1221) dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də,hakimiyyətinin sondövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun,siyasi və idarəetmə fəaliyyətinin,işğalların təsiri böyük olmuşdur.Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər,işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması,Xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur.

Mənbələrdə Əlaəddin II Məhəmmədinşahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur.1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhdseçiərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir.

1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş vəTurşizi mühasirəyə almışdır.Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq,paytaxta üz tutmuşdur.1200-cü ilinavqustun 3-də taxta oturmuşdur.

Əlaəddin II Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi.İsfahandakı qardaşı Əlişahın orda möhkəmlənməsindən narahatlıq keçirən Sultan II Məhəmməd onu mərkəzə çağırdı.Sultan Təkişin ölümü vəİsfahandamöhkəmlənmiş Əlişahın mərkəzə qayıtmasıŞərqi İranda Xarəzmşah hakimiyyətini zəiflətdi.İsfahan Azərbaycanın IV Böyük Atabəyi Əbu Bəkr (1191-1210) tərəfindən ələ keçirildi,Rey itirildi.

SultanƏlaəddin II Məhəmmədin hakimiyyəti üçün təhlükələrdən biri də qardaşı oğlu Hindu xan idi.Hindu xan əmisinin hakimiyyətini qəbul etmirdi və Mərvdə ona qarşı qoşun yığmağa başlamışdı.1201-ci ildə Sultan II Məhəmmədin Mərvə göndərdiyi orduya qarşı müqavimət göstərə bilməyəcəyini başa düşən Hindi xan Qurilərdən kömək istədi. O, həmçinin onlara tabe olacağını və Quri hökmdarı Qiyasəddin Məhəmmədin adına sikkə kəsdirəcəyini vəd edirdi.Hindu xanın təklifini qəbul edən Qiyasəddin Məhəmməd hücuma keçərək Xorasanın çox hissəsini tutdu.Quri hökmdarı Əlişah və başqa Xorasana təyin edilmiş Xarəzm sərkərdələrini əsir aldı.

Daha bir əyan mübarizəsi isə Monqolların yürüşü ərəfəsində başlamışdı.Belə ki,Sultan Əlaəddin II Məhəmmədin anası Türkan Xatun Bəydili Türkman Boyuna mənsub Ayçiçək Xatundan olanCəlaləddinin vəliəhdkimi qəbul edilməsinə qarşı çıxdı.Türkan Xatun Kanqlı Boyuna mənsub idi.Buda əyanlar arası ixtilafların yenidən başlanmasına və onsuzda Monqolların yürüşü ilə dağılmağa başlayan Xarəzmşahlar Dövlətində dövlət böhranının daha da artmasına səbəb oldu.1221-ci ildə Türkan XatunMonqollar tərəfindən əsir alındı və 1232-ci ildə öldürüldü.

Əlaəddin II Məhəmmədin Qurilərlə Savaşları

Xarəzmşah mərkəzdə siyasi sabitlik yaratdıqdan sonra 1201-ci ilin sentyabrında Xorasana yürüşə başladı.Şadyahı və Mərvi ələ keçirdi. 1202-ci ildə Heratı mühasirəyə aldı.40 günlük Herat mühasirəsi heçbir nəticə vermədi.Qurilərdəki hakimiyyət dəyişikliyindən istifadə edərək 1204-cü ildə Herat üzərinə edilmiş yürüş isə uğurlu oldu.

Mərkəzi hakimiyyəti gücləndirməyi bacaran Quri Sultanı Şəhabəddin Məhəmməd 1204-cü ildə Sultan II Məhəmməd tərəfindən işğal olunmuş torpaqlarıngeri alınması üçün Xarəzmşahlar üzərinə əks-hücuma başladı.1204-cü ilin iyul ayında Şəhabəddin Xorasana doğru hərəkət etdi.Quri hökmdarının böyük bir ordu ilə hücuma başladığı xəbəri SultanII Məhəmmədə çatan kimi tələsik Xorasandan Xarəzmə çəkilərək müdafiə işlərinə başladı.

1204-cü ildə Ceyhun çayının sahilində baş vermiş döyüşdə Xarəzmşah məğlub oldu və paytaxta çəkildi.Arxasınca gələn Şəhabəddin Ürgənci mühasirəyə aldı.Sultan Əlaəddin II Məhəmməd Qaraxitaylara məktub yazaraq onlardan kömək istədi və vassal kimi onlara tabe olacağını bildirdi.Bu təklifi müsbət qarşılayan Qaraxitay hökmdarı Tianhsi (1178-1211) Tayanqunun və vassalı Qaraxanlı hökmdarı Osmanın rəhbərliyi ilə güclü ordunu Sultan Məhəmmədə köməyə göndərdi.Ani hücuma keçən Qaraxitaylar Quri ordusunu darmadağın etdilər.Şəhabəddin böyük itkilər verərək geri çəkildi.

Qurilərin məğlubiyyəti onların hakimiyyətini zəiflətdi və ara müharibələrinə gətirib çıxardı.Bu qarışıqlıqdan istifadə edən Sultan II MəhəmmədQuri sarayına elçi göndərdi və bağlanan müqaviləyə əsasən Şəhabəddin Heratı çıxmaqla bütünXorasanda Xarəzmşahların hakimiyyətiniqəbul etdi.Şəhabəddinin 1206-cı ildəki ölümündən sonra isə Herat və ilin sonunda Bəlx işğal edildi.Tirmiz qalası tutularaq Qaraxanlı Sultanı Osmana verildi.

Hakimiyyətə gəlmiş yeni Quri hökmdarı Sultan II Məhəmməddən asılılığı qəbul etdi və Firuzşahda Xarəzmşahın canişini kimi hakimiyyətdə qaldı.Sultan Məhəmməd 1215-ci ildə bu ərazilərin qəti olaraq Xarəzmşahlara tabe edilməsi üçün yürüşə başladı.Beləliklə Qiyasəddin Mahmud və Qəznədəki Tacəddin Ulduzunhakimiyyətinə son qoyuldu və Quri hakimiyyətindəki bütün torpaqları ələ keçirdi.Qəznədən Hind çayına qədər bütün torpaqlar Cəlaləddin Mənguberdiyə tapşırıldı,lakin Sultan IIMəhəmməd Cəlaləddiniyanından ayırmamaq istədiyi üçün bu torpaqlar müvəqqəti yəni Monqol hücumundan sonra Cəlaləddinin Qəznəyə çəkilməsinə qədər Kərbər Məlikə tapşırıldı.

Qaraxitaylarla savaş

1207-ci ilin yazında Qaraxitay hakimiyyətində olan Buxarada Səncərin başçılığı ilə böyük üsyan qalxdı.Mərkəzi hakimiyyətdən kömək gəlməməsi səbəbindən şəhər hakimi Ali Burhan Xarəzmşahdan kömək istədi.Bu istəyi qəbul edən Sultan Əlaəddin II Məhəmməd Buxaraya yürüşə başladı.Həminildə Xarəzmşah ordusu üsyançıları məğlub etdi və üsyanın başçısı Səncər həbs edildi.Bu qələbənin nəticəsində Qaraxitay hakimiyyətinə tabe olan Sultan Osman Xarəzmşahla yaxınlaşdı.Belə ki, Sultan Osman xütbəni həm öz adına,həm də Xarəzmşah adına oxutdurmağa başladı.Hər iki səbəb Qaraxitaylarla münasibətlərin pozulmasına gətirib çıxardı.Əlaəddin II Məhəmmədin Mavəraünnəhrdəki qüvvələrinə hücum edən Qaraxitay ordusu onları darmadağın etdi.

Xarəzmşah II Məhəmmədin öz torpaqlarını genişlətməsi və yeni savaşları

Qardaşı Atabəy Əbu Bəkrin vəfatından sonra Azərbaycan Atabəyləri taxtına Müzəffərəddin Özbək (1210-1225) keçdi.Onun taxta çıxdığı vaxt Əcəm İraqında vəziyyət ağır idi.Bu vaxt bir müddətdir Əcəm İraqını təkbaşına idarə edən Aydoğmuşa (Özbəyin vassalı) qarşı Cahan Pəhləvanın bir başqa vassalı Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və Əcəm İraqındakı torpaqları əlinə keçirərək Rey,İsfahan,Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub,”sultan “ adıyla sikkələr zərb etdirdi.

Abbasi Xəlifə Ən-Nasır,Azərbaycan Atabəyi Müzəffərəddin Özbək vəİsmaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Mənglinin əlindəki Əcəm İraqı torpaqlarını bölüşdürdülər.Ərbil Atabəyi Müzəffərəddin Göy Börü də onlara qoşuldu.Müttəfiqlərin birləşmiş orduları Həmədana hərəkət etdilər.27 sentyabr 1215-ci ildə baş vermiş döyüşdə Məngli məğlub oldu və öldürüldü.Seyfəddin Oğlamışı canişin təyin edən Atabəy Özbək özü Təbrizə qayıtdı.Ancaq daha əvvəl Xarəzmşahların xidmətində olan Oğlamış naib təyin edildikdən sonra xütbəni Xarəzmşah Əlaəddin II Məhəmmədin adına oxutdurmağa başladı.Bu səbəbdən də sui-qəsdin qurbanı oldu.

Bu xəbəri eşidən Əlaəddin II Məhəmməd qisas almaq üçün hərəkətə keçdi.O,qarşısına çıxan Səd ibn Zəngini məğlub edib Reyə soxuldu.Bunu eşidən Özbək, Əhər hakimi Piştəginlərdən Nəsrəddin Məhəmmədi Təbrizə göndərib özü də dağlarda yerləşən qalalardan birinə qaçdı.Ancaq Nurəddin MəhəmmədMiyanə yaxınlarında Xarəzmşahlara məğlub oldu və özüylə birlikdə vəzir Rəbibəddin Dəndan da əsir düşdülər.Xarəzmşah ƏlaəddinII MəhəmmədBəydili Boyundan olan Baş vəziri Nəsirəddin Dövlətyarı Atabəy Özbəkin yanına göndərərək ona təslim olmağı və Xarəzmşah adına xütbə oxutdurub,sikkəkəsdirməyi əmr etdi.Xarəzmşahın bu təkliflərini qəbul edən Özbək,Aran və Azərbaycandakı hakimiyyətini qorusa da Əlaəddin II Məhəmmədin vassalına çevrildi. Sultan Əlaəddin Məhəmməd işğal etdiyi Şərqi İran torpaqlarına oğlu Rüknəddin Gursancdını təyin etdi.

Əlaəddin Təkiş 1200-cü ildə öldüyü zaman dövlətin sərhədləri Aral gölündən Bağdad yaxınlarına qədər uzanırdı.Təkişin yerinə keçən ƏlaəddinII Məhəmməd Xarəzmşahlar Dövlətinin sərhədlərini daha da genişlətdi.1212-ci ildə Qaraxitay dövlətini tamamilə aradan qaldırdı.Daha sonra Kirman,Sicistan və Ümman dənizinə qədər olan genişbölgələri,Təbəristan, Aran və Azərbaycanı hakimiyyəti altına aldı.ArtıqSuriya (Şam) və Misiri də ala bilərdi.Ancaq Abbasi Xəlifəsi Ən-Nasir ilə arası dəymişdi,Ən-Nasir dünyəvi hakimiyyət fikrinə düşmüşdü və Xarəzmşahlara maneçilik törədirdi.

Abbasi Xəlifəsi ilə mübarizə

Xarəzmşah Əlaəddin Təkiş 1194-cü ildə Xəlifəni özündən asılı vəziyyətə salmışdı,lakin Təkişin ölümündən istifadə edən XəlifəƏn-Nasir Lidinalllah (1180-1225) asılılıqdan imtina etdi və Xarəzmşah Əlaəddin II Məhəmmədə qarşı mübarizəyə başladı.Belə ki, Şərqi İranın Xarəzmşahlar Dövlətinə birləşdirilməsi və Xarəzmşah II Məhəmmədin naibi Oğlamışın qətlində əlinin olması münasibətləri tamamilə korlamışdı.Həmçinin Xarəzmşah Xəlifədən xütbəni onun adına oxumasını tələb edirdi.1217-ci ildə məşhur alim Qazi Mücirəddini Xilafət sarayına göndərdi,lakin Xəlifə bu təklifi rədd etdi.

Xəlifəyə qarşı hərəkətə keçən Sultan II Məhəmməd Tirmiz seyidlərindən olan Əlaül-Mülk Tirmizini Xəlifə təyin etdi.İlk öncə xəlifəni vəzifədən çıxardığını və Əlaül-Mülk Tirmizinin onun yerinə təyin edildiyini elan edərək xütbəni yeni xəlifənin adına oxunmasını istədi,Sultan II Məhəmmədin bu siyasəti nəinki vassalları hətta öz paytaxtında belə qəbul edilmədi və bu yöndə heçbir dəyişiklik olmadı.

Beləliklə Xarəzmşah II Məhəmməd Xəlifəyə hakimiyyətini qəbul etdirə bilmədi.Ancaq Xarəzmşah Məhəmmədin nüfuzuna böyük zərər gətirdi.

Əlaəddin II Məhəmməd böyük bir ordunu Bağdad üzərinə göndərdi.Ancaq şiddətli bir qar fırtınası ilə qarşılaşan ordu savaşmadan böyük itki verib,geri dönmək məcburiyyətində qaldı.Buna görə II MəhəmmədHəmədandan Xorasana keçdi.

Monqollarla Savaş

Bu zaman şərqdə Çingiz xanın tabeliyindədəki monqol ordusu Qaraxitay ölkəsini işğal etmiş və Monqol imperatorluğu Xarəzmşah İmperatorluğu ilə sərhəd qonşusu halına gəlmişdi.

Çingiz xan başlanğıcda Xarəzmşahlarla ticarəti inkişaf etdirməyə əhəmiyyət verdi.İki ölkə arasında elçilər gedib-gəlirdi.Ticarət sazişi imzalanmışdı.Bundan sonra bir Xarəzm ticarət karvanı monqol ölkəsinə girdi və çox yaxşı qarşılandı. Bu arada Çingiz xana tabe olmaq istəməyən Merkut tayfalarıQıpçaq ölkəsinə qaçdılar.Onları qovan kiçik bir monqol ordusu daQıpçaq ölkəsinə,yəni Xarəzmşah hakimiyyətindəkitorpaqlara girdikdə Xarəzmşah bunu monqolların daha artıq irəliləməsini dayandırmaq və güclənmələrinə mane olmaq üçün fürsət saydı və hücuma keçdi.Lakin məğlub olaraq əsir düşdü.Oğlu Cəlaləddin bir müddət sonra atasını qurtarsa da, ona XarəzmşahlarDövləti ordusuna komandanlıq etmək izni verilmədi.

Xarəzmşah monqolların savaş gücünü yaxşı qiymətləndirməmişdi vəkiçik monqol ordusunu məğlub edə bilməmək böyük bir mənəvi sarsıntıya səbəb oldu.Monqollarla əsl müharibə bundan sonra olacaqdı. Çingiz xan daha əvvəlki sazişə görə Otrar şəhərinə bir ticarət karvanı göndərmişdi.Bu karvan Otrara yaxınlaşınca Otrar valisi Yınal karvandakıları tutdurdu və öldürtdü. Bu hadisəni öyrənən Çingiz xan bir elçi göndərərək Vali Yınalın ona təslim edilməsini istədi. Xarəzmşah Çingiz xanın göndərdiyi bu elçini də öldürtdü. Bu,böyük bir xəta idi. Artıq böyük müharibə qaçılmaz olmuşdu.

Ardı var

Seçilən
9
turkustan.az

1Mənbələr