AZ

“Qalatasaray” İlkay Gündoğanı transfer edə bilər – KİV


Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Mançester Siti” klubunda çıxış edən İlkay Gündoğanla danışıqlar aparır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Məlumata görə, sarı-qırmızılılar mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatacaq 34 yaşlı ulduz futbolçunun 2 il ərzində həftəlik 150 min funt sterlinq maaşını ödəməyə hazırdır. Əgər transfer bu şərtlərlə reallaşsa, bu, İlkaya təxminən 15 milyon funt sterlinqə başa gələcək.
Bununla yanaşı, məlumatda İlkay Gündoğanın “Mançester Siti”də qala biləcəyi və gələcəkdə Pep Qvardiolanın məşqçilər korpusuna qoşula biləcəyi bildirilir.
Qeyd edək ki, 2016-2017 ildə “Borussiya Dortmund”dan “Mançester Siti”yə keçən İlkay Gündoğan 2023-cü ilə qədər klubla 5 dəfə Premyer Liqa, bir dəfə isə Çempionlar Liqasının qalibi olub. 2023-2024 mövsümünün əvvəlində “Barselona”ya transfer olan türk əsilli alman ulduz daha sonra “Mançester Siti” klubuna geri qayıdıb.
Gündoğan bu mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb, 19 oyunda start heyətində olub. Bu matçlarda o, 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Seçilən
4
yeniavaz.com

1Mənbələr