AZ

"Quba Mini Motor" ASC-nin 362 min manatlıq səhmi dövriyyədən çıxarılır

"Quba Mini Motor" ASC-nin (ləğv prosesindədir) ləğv olunması ilə əlaqədar AZ1001002240 qeydiyyat nömrəli nominal dəyəri 2 manat olan 180 min 977 ədəd adi, adlı, sənədsiz səhm dövriyyədən çıxarılır.

FED.az xəbər verir ki, şirkətin ümumi səhm dövriyyəsi (nizamnamə kapitalı) 361 min 954 manat təşkil edir.

Qeyd edək ki, bu şirkət 7 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Vüqar Kərimov İsa oğludur.

Seçilən
38
fed.az

1Mənbələr