AZ

Lavrov Azərbaycan tərəfindən vurulan Rusiya helikopterini xatırlatdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Bakı arasındakı münasibətlərdən danışarkən Azərbaycan tərəfindən vurulan helikopteri xatırladıb.   Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə diplomatik idarənin rəhbəri mətbuat konfransında danışıb. “İkinci Qarabağ Müharibəsi zamanı helikopterimiz səhvən vurulub və ya indi də Azərbaycan təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayanda fəlakət baş verib”, - Lavrov bildirib.

Onun sözlərinə görə, bu, insidentlər zamanı məsələlərin operativ həllinə imkan verən Rusiya-Azərbaycan münasibətlərinin struktur xarakterindən xəbər verir.

Seçilən
5
manset.az

1Mənbələr