![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/14/1/c4b90145-15a4-442f-96b3-c6a7faeb1345/alan-vonq.jpg)
Alan Vonq, məşhur aşpazlar Ceymi Oliver və Qordon Ramzinin ümumi sərvətini üstələyən heyrətamiz sərvəti ilə dünyanın ən varlı aşpazı elan edilib.
Yeniavaz.com xarici KIV-ə istinadla xəbər verir ki, Tokio əsilli aşpazın sərvəti 880 milyon funt sterlinq qiymətləndirilib.
“Hell's Kitchen” əfsanəsi Qordon Ramzi 180 milyon funt-sterlinq sərvəti ilə dünyanın ikinci ən varlı aşpazı seçilib.
49 yaşlı Ceymi Oliver isə 164 milyon funt-sterlinq sərvəti ilə qlobal siyahıda üçüncü olub.
Yapon-Amerikalı aşpaz yerli inqredientlərin ənənəvi reseptlərlə birləşməsini populyarlaşdıraraq, ənənəvi Havay mətbəxi ilə kulinariya simvoluna çevrilib.