AZ

Qadını uşaqlarının yanında öldürən ərinə 18 il həbs cəzası verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən il aprelin 28-də Xırdalanda həyat yoldaşını qətlə yetirmiş 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin məhkəməsi başa çatıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, L.Əhmədağayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Ona 18 il həbs cəzası verilib.
Bildirilib ki, Oğuz rayonundan olan ailədə söz-söhbətlər Laçının qardaşının ailəsinə görə olub. Belə ki, qardaşının ailəsindəki mübahisəyə görə Sevincin qaynı arvadını müdafiə etməsini görən Laçın buna əsəbiləşib. O, arvadının hansı səbəbdən eltisini müdafiə etdiyini soruşub və dava-dalaş salıb.
Bundan sonra Laçın azyaşlı övladlarının gözləri qarşısında həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.
Seçilən
10
oxu.az

1Mənbələr