AZ

İslahatlar davam etdiriləcək

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağstafa rayonu, Muğanlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçki qərargahının üzvü Tağı İmamverdiyev, təşviqat qrupunun üzvləri Fəxrəddin Səfiyev, Fəramiz Məmmədov, bələdiyyə üzvlüyünə namizədlər Nuridə Hüseynova və Asif Məmmədov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. “Əldə edilmiş nailiyyətlərlə yanaşı, qarşıda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə islahatların davam etdirilməsi, bələdiyyə institutlarının idarəetmədə rolunun gücləndirilməsi və bir çox mühüm hədəflər durur”, - deyə vurğulanıb.

Seçicilər Nəbi Mursaquliyev, Reyhan Yolçuyeva və digərləri bələdiyyə seçkilərində aktiv iştirak edərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Seçilən
3
yeniazerbaycan.com

1Mənbələr