AZ

“Ya müdafiə xərclərini artırın, ya da rus dilini öyrənin” – Rutte


“Avropa İttifaqı (Aİ) ölkələri müdafiə xərclərini ÜDM-in hazırkı 2%-i nisbətində artırmasalar, rus dilini öyrənməyə məcbur olacaqlar”.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadıa xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində çıxış edərkən deyib.
“Əgər bunu etməsək, dörd-beş ildən sonra biz rus dili kursları almalı və ya Yeni Zelandiyaya getməli olacağıq”, - Rutte bildirib.
O, Aİ-ni ittifaqa üzv olmayan, ancaq NATO üzvü olan ölkələrin şirkətlərinin müdafiə sənayesinin inkişafına sərmayə qoymasına mane olmamağa çağırıb. Onun sözlərinə görə, bu cür məhdudiyyətlər yalnız xərcləri artırır, istehsalı çətinləşdirir və innovasiyalara mane olur.
Rutte həmçinin qeyd edib ki, NATO-nun hərbi potensial hədəfləri üzv ölkələrindən ÜDM-in 3,7%-ni müdafiəyə xərcləməsini tələb edə bilər, lakin bu rəqəm innovasiyalar və birgə satınalmalar vasitəsilə azaldıla bilər.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirmişdi ki, NATO ölkələri müdafiəyə ÜDM-in 2%-ni deyil, 5%-ni xərcləməlidir.
Seçilən
6
yeniavaz.com

1Mənbələr