AZ

İnsanlar 2 dəfə qocalırmış: bu yaşlarda – Amerika universiteti

İnsanın qocalma prosesinin iki əsas mərhələsi müəyyən edilib. 

Ölkə.Az xəbər verir ki, belə bir qənaətə Stanford Universitetinin alimləri gəlib. 

Məlum olub ki, insanın qocalma prosesinin iki əsas zirvə nöqtəsində - 40 yaşın ortaları və 60 yaşın əvvəllərində daha çox müşahidə edilir. 

44 yaşda baş verən dəyişikliklər qadın və kişilərdə eyni vaxtda baş verib. Əvvəlcə qadınlarda menopoz ilə əlaqəli olduğu düşünülən bu dəyişikliklərin kişilərdə də eyni dərəcədə baş verdiyi təsbit olunub.

60 yaşda baş verən dəyişikliklər isə immunitet funksiyasının zəifləməsi, xroniki xəstəliklərin artması və yaşa bağlı digər proseslərlə üst-üstə düşür.

Maddələr mübadiləsi, ürək-damar sağlamlığı, dəri və əzələ funksiyaları kimi aspektlərdə də molekulyar dəyişikliklər öz əksini tapır.

40 yaşlarında xolesterolun yığılmasının qarşısını almaq tövsiyə olunur. Bunun üçün statin istifadəsinə başlanılması məsləhət görülür.

60 yaşında immunitet sistemini gücləndirən tədbirlər böyrək və immunitet zəifliyinin təsirlərini azalda bilər.
Qeyd edilir ki, tədqiqatda 25-75 yaş arası 108 iştirakçıdan götürülmüş qan və bioloji nümunələr analiz olunub. Bu nümunələrdən 135 mindən çox molekul və mikroorqanizm izlənilib. Ümumilikdə, 250 milyard məlumat nöqtəsi analiz edilib və nəticələr göstərib ki, molekulların 81 faizi 44 və 60 yaşda əhəmiyyətli dəyişikliklərə məruz qalır.

Seçilən
12
olke.az

1Mənbələr