“Lukoyl”un direktorlar şurası baş icraçı direktor Vadim Vorobyovun səlahiyyətlərinə xitam vermək və şirkətin yeni rəhbəri vəzifəsinə əvvəllər onun vitse-prezidenti olmuş Sergey Koçkurovu təyin etmək barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə korporativ məlumatların açıqlanması portalında məlumat verilib.
Sergey Koçkurov 2020-ci ilin iyun ayından "Lukoyl"un Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezidenti vəzifəsində çalışır.
Qeyd edək ki, "Lukoyl" təsisçisi Vahid Ələkbərovdur. O, 2022-ci ildə Böyük Britaniya tərəfindən sanksiyalar siyahısına daxil edildikdən sonra "Lukoyl"da rəhbər vəzifələrdən ayrılıb. Vadim Vorobyov 2022-ci ilin aprelində “Lukoyl”un rəhbəri olub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta