AZ

Darvinin məzarını rənglədilər

Londonun Vestminster abbatlığında Just Stop Oil hərəkatının aktivistləri Çarlz Darvinin məzarını rəngləyiblər.

Kulis.az xəbər verir ki, iqlim aktivistləri məzarın üstündə "1.5 - bu, ölümdür" yazıblar.

Aktivistlərin sözünə görə, onlar keçən il ərzində dünyadakı hərarətin 1.5 dərəcə artdığına diqqət çəkmək istəyiblər. Nə üçün məhz Darvinin məzarını seçdikləri sualına isə, "sağ olsaydı, o da bizim qədər məyus olardı", cavabını veriblər.

Qeyd edək ki, məzardakı rəng təmizlənib, aktivistlər isə saxlanılıb.

Seçilən
11
kulis.az

1Mənbələr