AZ

Azərbaycanın iri şirkəti 6 ayda 1,5 milyard manat xalis mənfəət əldə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyard 545 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ilin eyni dövrünü 1 milyard 414 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, SOCAR-ın yarımillik xalis mənfəəti 131 milyon manat və ya 9,3% artıb. 

Marja.az xəbər verir ki, SOCAR-ın satışdan gəlirləri 2023-cü ilin ilk 6 ayında 42 milyard 181 milyon manat ikən, 2024-cü ilin ilk 6 ayında 45 milyard 54 min manat təşkil edib (2 milyard 873 milyon manat və ya 6,8% artıb).

Seçilən
13
marja.az

1Mənbələr