AZ

Azərbaycan qazının Avropaya nəqlini bərpa etmək mümkün olmayıb – Ekspert texniki problemin səbəbini açıqladı

“Azərbaycan qazının Avropaya tədarükünün yanvarın 19-dək tam bərpa etmək mümkün olmayacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Şahdəniz” yatağından hasil edilən qazın satışı ilə məşğul olan “Azerbaijan Gas Supply Co.” şirkətinin yaydığı açıqlamada bildirlir. Qeyd olunur ki, ötən həftə texniki problemlər ucbatından hasilatı müvəqqəti dayandırmış “Alfa” dəniz platformasında bərpa işlərinin başa çatdırılmayıb.

Şirkətin bildirişində Azərbaycan qazının Avropaya ixracının tam bərpa edilmə müddəti yanvarın 19-u saat 4-dək uzadılması məlum olur.

Öz növbəsində BP-nin Bakı ofisi təfərrüatları açıqlamadan bildirib ki, “Alfa” platformasında hasilatın və ixracın bərpası üzrə işlər çərşənbə axşamı günü davam edib.

Yanvarın 10-da BP-dən bildiriblər ki, Azərbaycanın ən böyük təbii qaz yatağı olan “Şahdəniz”dəki iki platformadan biri olan “Alfa”da hasilat sualtı kondensat boru kəmərində texniki nasazlıq aşkar edildiyindən müvəqqəti dayandırılıb. Platforma “Şahdəniz”dən hasilatın təxminən 40%-ni təmin edir. BP məlumatlarına görə, hazırda hasilat və ixrac Bravo platforması vasitəsi ilə davam etdirilir.

Neft, qaz sahəsi üzrə ekspert İlham Şaban texniki problemin səbəbləri haqda “AzPolitika”-nın sorğusunu cavablandırıb.

O, bildirib ki, “Alfa” platformasından həm təbii qaz, həm də kondensant çıxır və 80 kilometrlik sualtı kəmrələ Səngəçala gətirilir: “Bu kəmərin içini mütəmadi olaraq təmizləyirlər. Bu, ona görə vacibdir ki, qaz məhlulu təxminən 80 dərəcə temperaturla quyudan çıxır və platformadan dənizinin içi ilə uzanan kəmərə ötürülür. Suyun temperatru isə 5-10 dərəcə arasında olur, nəticədə məhlulun içində olan parafinli elementlər soyuyaraq kəmərin divarlarına yapışır. Zaman-zaman divar qalınlaşır və ötürücülük imkanlarına mənfi təsir edir. Ona görə, borunun içinə xüsusi qurğu daxil edilir və həmin aparat onun içini təmizləyə-təmizləyə Səngəçaldan çıxır”.

İlham Şaban deyib ki, indi həmin qurğu hansısa səbəbdən kəmərin içərisində qalıb: “Ən pis variant odur ki, bu zaman qurğunun ilişib qaldığı borunu kəsirlər, aparatı çıxarırlar, yenidən qaynaq edirlər. Bununla da məsələ bitir, bu dünya təcrübəsində olan məsələdir. İndi diaqnostika edən zaman məlum olub ki, borunu kəsməyə ehtiyac yoxdur. Ona kimyəvi məhlullar vurub hidratı yumşaltmaq, nəticədə təzyiqi ehmalca artırmaqla qurğunu Səngəçal terminalına gətirib çıxarmaq olar. Hazırda bu proses gedir”.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
10
azpolitika.info

1Mənbələr