AZ

Müntəzəm olaraq kişmiş yeyin

Kişmiş təbii şəkər, lif və müxtəlif vitaminlərlə zəngin qidadır. 

“Qafqazinfo” xəbər verir ki, müntəzəm olaraq istehlak edildikdə enerji səviyyəsini artırır, həzm sistemini dəstəkləyir və immunitet sistemini gücləndirir.

Bu qida yorğunluq və halsızlıq hissini azaldır, yüksək lif tərkibi sayəsində həzm sisteminin nizamlı işləməsinə kömək edir.

Bundan əlavə, bağırsaqlarda faydalı bakteriyaların qidalanmasını dəstəkləyərək sağlam mikrobiotanın formalaşmasına kömək edir.

Tərkibindəki C vitamini və sink kimi qidar maddələri sayəsində orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Həmçinin tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə aparır, hüceyrələrin zədələnməsinin qarşısını alır və ümumi sağlamlığa müsbət təsir göstərir.

Kişmiş kalsiumla zəngindir. Kalsium sümükləri gücləndirmək və qorumaq üçün lazım olan mineraldır. Beləliklə kişmişin müntəzəm istifadəsi osteoporoz kimi sümük xəstəliklərinin qarşısını almağa kömək edir.

Kişmişin tərkibində yüksək  miqdarda kalium və antioksidantlar var. Kalium qan təzyiqini tənzimləməyə kömək edir, hipertoniya riskini azaldır.

Antioksidantlar isə pis xolesterolun oksidləşməsinin qarşısını alaraq damar sağlamlığını qoruyur. Bu da ürək xəstəlikləri riskini azaltmaqda mühüm rol oynayır.

Tərkibindəki dəmir və kalium ilə seçilən kişmiş qan azlığı problemini aradan qaldırmağa kömək edir.

Eləcə də dərinin gənc, elastik və yumşaq görünməsini təmin edən E vitamini ehtiva edir.

Tərkibində B1 və B2 vitaminləri olduğu üçün unutqanlığa qarşı istehlak edilə bilən əhəmiyyətli bir qidadır. Xüsusilə iş həyatında templə işləyən insanların tez-tez rastlaşdığı bir vəziyyət olan unutqanlıq, müntəzəm və orta miqdarda kişmiş istehlak etməklə aradan qaldırıla bilər.

Kişmişin tərkibində təbii antibakterial birləşmələr var. Bu birləşmələr ağızda zərərli bakteriyaların böyüməsinə mane olur, diş çürüməsi və diş əti xəstəliklərinin qarşısını alır. Bundan əlavə, tərkibindəki oleanolik turşu sayəsində diş minasını qoruyur və ağız sağlamlığını dəstəkləyir.

Ancaq tərkibində şəkər olduğu üçün həddindən artıq istehlakı məsləhət görülmür.

Seçilən
24
1
qafqazinfo.az

2Mənbələr